Fransa polisi Strasburqda xüsusi əməliyyat keçirir

Fransa polisi Strasburqda xüsusi əməliyyat keçirir Strasburqdakı hadisə ilə əlaqədar Fransanın Almaniya ilə sərhədi bağlanıb
Digər ölkələr
12 Dekabr , 2018 11:52
Fransa polisi Strasburqda xüsusi əməliyyat keçirir
Toronto Star
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ Fransanın hüquq-mühafizə orqanları Strasburq şəhərindəki kafedral kilsə yaxınlığında əməliyyat keçirir.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Əməliyyatın detalları barədə məlumat verilmir.

RİA "Novosti"nin yerli sakinlərə istinadən verdiyi məlumata görə, atışma hadisəsindən sonra Fransa və Almaniya arasındakı sərhəd bağlanıb.

Qeyd edək ki, dünən axşam 29 yaşlı Şərif Şekat Strasburqun mərkəzində atışma törədib.

Şəhər meri Roland Raysın verdiyi məlumata görə, atışma nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Fransa Prokurorluğundakı mənbə isə hadisənin araşdırılması ilə qurumun Parisdəki terrorla mübarizə bölməsinin məşğul olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi