Dekabr ayının 17-də Avroparlament Fələstin Dövlətinin Avropa ictimaiyyəti tərəfindən tanınmasının lazım olub-olmaması haqqında qətnamə qəbul edəcək, Aİ üzv ölkələri bu qətnaməni icra etmək məcburiyyətində deyil.
Avroparlament, həmçinin Gürcüstanın Avropa İttifaqı ilə assosiasiyası haqqında Müqavilənin ratifikasiyasını müzakirə etmək niyyətindədir.
Dekabrın 18-də deputatlar Gürcüstanda vəziyyət, o cümlədən Tbilisinin Moskva ilə qarşılıqlı münasibətləri kontekstində vəziyyəti müzakirə etməyi və qətnamə qəbul etməyi planlaşdırırlar. Sənəd layihəsində Rusiyaya "Abxaziya və Cənubi Osetiyanın tanınmasını yenidən nəzərdən keçirmək" və "gücdən istifadə olunmamağına qarşılıqlı cavab vermək" haqqında çağırış səslənib.
Sessiya işini dekabr ayının 18-də başa vuracaq.