Stoltenberq: “NATO-nun Vilnüs sammiti Ukraynanı alyansa yaxınlaşdıracaq”

Digər ölkələr
  • 19 iyun, 2023
  • 11:32
Stoltenberq: “NATO-nun Vilnüs sammiti Ukraynanı alyansa yaxınlaşdıracaq”

“NATO-nun Vilnüs sammiti Ukraynanı alyansa yaxınlaşdıracaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyada keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Vilnüsdə Ukrayna-NATO Şurası yaratmaq və Ukrayna üçün çoxillik hərbi təchizat proqramını təmin etmək niyyətindədirlər.