Şri-Lankanın keçmiş prezidenti həbs edilib
Digər ölkələr
- 22 avqust, 2025
- 13:23
Şri-Lankanın keçmiş prezidenti Ranil Vikremesinqhe avqustun 22-də dövlət vəsaitlərindən səmərəsiz istifadə ittihamı ilə həbs edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polis zabitlərindən biri bildirib ki, keçmiş prezidentə dövlət resurslarından şəxsi məqsədlər üçün istifadə etmək ilə bağlı ittiham irəli sürülüb.
Polis Cinayət Araşdırmaları Departamenti bildirib ki, R.Vikremesinqhe şəxsi səfəri üçün dövlətə məxsus vəsaitdən istifadə edib.
Qeyd edək ki, Ranil Vikremesinqhe 20 iyul 2022-ci ildən 23 sentyabr 2024-cü ilədək Şri-Lankanın prezidenti vəzifəsində çalışıb. Onu 2024-cü ilin sentyabrında keçirilən seçkilərdən sonra bu vəzifədə Anure Kumare Dissanayake əvəz edib.
Son xəbərlər
18:07
Truan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar
Sağlamlıq18:05
Foto
ABB-dən "yaşıl enerji" layihələrinə agent bank dəstəyi!
Maliyyə18:04
Fransada Kilian Mbappenin oğurlanması cəhdinin qarşısı alınıb
Futbol17:54
"Arsenal"dan ayrılan Ris Nelson karyerasını "Feyenoord"da davam etdirəcək
Futbol17:47
"Mançester Siti" bir "transfer pəncərəsi"ndə xərclənən vəsaitə görə rekorda imza atıb
Futbol17:45
Çox şadıq ki, çətin, məsuliyyətli həkim əməyimiz belə qiymətləndirilib - RƏY
Sağlamlıq17:43
"Borussiya"nın futbolçusu Niko Şlotterbek zədəsini sağaldaraq məşqlərə qayıdıb
Futbol17:41
Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya XİN-ə təqdim edib
Xarici siyasət17:35