Şri-Lankada yol qəzası olub, 2 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Digər ölkələr
  • 10 noyabr, 2026
  • 09:55
Şri-Lankada yol qəzası olub, 2 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Şri-Lankada üç avtobusun toqquşması nəticəsində ən azı 2 nəfər ölüb.

"Report" yerli mediaya istinadən xəbər verir ki, daha 50-yə yaxın şəxs yaralanıb.

Məlumata görə, Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus iki avtobus toqquşub, bundan sonra isə digər avtobus onlardan birinə çırpılıb.

Mihintale polisi hadisənin başvermə şəraitini araşdırır.