​Şri-Lankada silah-sursat anbarında partlayış nəticəsində 1 hərbçi ölüb, 50-dən çox sakin yaralanıb

​Şri-Lankada silah-sursat anbarında partlayış nəticəsində 1 hərbçi ölüb, 50-dən çox sakin yaralanıb Salava hərbi kompleksindən Şri-Lanka ordusunun ağır silahları və döyüş sursatının saxlanılması üçün anbar kimi də istifadə edilir
Digər ölkələr
6 İyun , 2016 12:31
​Şri-Lankada silah-sursat anbarında partlayış nəticəsində 1 hərbçi ölüb, 50-dən çox sakin yaralanıb

Bakı. 6 iyun. REPORT.AZ/ Şri-Lankanın paytaxtı Kolombo yaxınlığındakı silah-sursat anbarında partlayış baş verib. Nəticədə azı 1 hərbçi ölüb, 50-dən çox dinc sakin müxtəlif dərəcədə yaralanıb və yanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ölkə ordusunun təmsilçisi Cayanat Cayavera bildirib.

Məlumata görə, partlayış Salava hərbi-sənaye kompleksində, paytaxtdan 36 km aralıda baş verib. 

Qeyd edək ki, Salava hərbi kompleksindən Şri-Lanka ordusunun ağır silahları və döyüş sursatının saxlanması üçün anbar kimi də istifadə edilir. Ölkə hərbi rəhbərliyi bunu son illərin ən güclü yanğını adlandırıblar. 2009-cu ildə oxşar hadisə Vavuniya rayonundakı silah-sursat bazasında baş verib.

Son xəbərlər

Orphus sistemi