Şri-Lankada 10 mindən çox insan leysan yağışından zərər görüb

Şri-Lankada 10 mindən çox insan leysan yağışından zərər görüb Güclü yağış ölkənin bir sıra yaşayış məntəqələrində və ərazilərində daşqınlara səbəb olub
Digər ölkələr
8 Oktyabr , 2018 10:42
Şri-Lankada 10 mindən çox insan leysan yağışından zərər görüb
AFP
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Şri-Lankanın müxtəlif bölgələrində həftə sonu yağan güclü leysan yağışı nəticəsində 10 mindən çox insan zərər görüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Ada ölkəsinin Təbii Fəlakətlərlə Mübarizə Mərkəzinin (DMC) rəsmi nümayəndəsi Pradip Kodippilinin verdiyi məlumata görə, güclü yağış Badulla, Kalutara, Halle və Keqalle kimi yaşayış məntəqələrində daşqınlara səbəb olub.

Qeyd edilir ki, adıçəkilən ərazilərdən minlərlə ailə təxliyyə edilib. İndi onlar müvəqqəti yaşayış düşərgələrində zəruri yardımlarla təmin olunurlar.

Bu günə olan məlumata görə, 4 nəfərin öldüyü barədə məlumat təsdiqlənib, lakin onların ölümünün dəqiq səbəbi məlum deyil. 

Sinoptiklər yaxın iki gündə ölkənin bəzi yerlərində su səviyyəsinin aşağı düşəcəyini, digər bölgələrə isə güclü yağışın yağacağını proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi