"SpaceX" ABŞ-ın gizli peykini orbitə çıxara bilməyib

"SpaceX" ABŞ-ın gizli peykini orbitə çıxara bilməyib "Zuma" adlı peyk okeana düşərək məhv olub
Digər ölkələr
9 Yanvar , 2018 09:48
SpaceX ABŞ-ın gizli peykini orbitə çıxara bilməyib
EPA-EFE/NASA

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ-ın "SpaceX" şirkətinə məxsus "Falcon 9" reket-daşıyıcıdan burxaılmış "Zuma" adlı gizli peyk yanvarın 7-də hesablanan orbitə çatmayıb və okeana düşərək məhv olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri uğursuz raket buraxılışı barədə məlumatlandırılıblar.

Ehtimallara görə, "Zuma" peyki daşıyıcının ikinci hissəsindən vaxtında ayrılmayıb, ya orbitə çatmadan kosmosda partlayıb, ya da okeana düşərək məhv olub.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi