Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsi haqqında qanun layihəsi dərc edilib

Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsi haqqında qanun layihəsi dərc edilib Referendumun keçirilməsi ilə bağlı məsləhətləşmə yanvarın 11-dək keçiriləcək
Digər ölkələr
20 Oktyabr , 2016 15:45
Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsi haqqında qanun layihəsi dərc edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Edinburq hökuməti Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsi haqqında qanun layihəsini dərc edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu sənəddə referendumla bağlı təbliğat və təşviqatın aparılması, səsvermə qaydası və bülletenlərin sayılması göstərilib.

Məlumata görə, 2014-cü ildə keçirilən birinci referendumdakı əsaslar ikinci turda da nəzərdə tutula bilər. Referendumun keçirilməsi ilə bağlı məsləhətləşmə yanvarın 11-dək keçiriləcək.

Xatırladaq ki, 2016-cı il iyunun 23-də Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının lehinə seçilərin 51,9 faizi, əleyhinə isə 48,1 faizi səs verib. Bundan sonra Şotlandiyada müstəqilliklə bağlı ikinci turun keçirilməsi məsələsi gündəliyə gəlib.

Qeyd edək ki, 2014-cü ildə keçirilən birinci referendumda iştirak edən seçicilərin 55 faizi krallığın tərkibində qalmağa, 45 faizi isə çıxmağa səs verib.

Son xəbərlər

Orphus sistemi