Şotlandiyada yenə müstəqillik referendumu keçirilə bilər

Şotlandiyada yenə müstəqillik referendumu keçirilə bilər Şotlandiyanın birinci naziri, Skoçia Milli Partiyasının lideri Nikola Störcen gələn il bu muxtar bölgənin Birləşmiş Krallıqdan çıxmasına dair daha bir referendum keçirməyə nail olmaq niyyətindədir.
Digər ölkələr
6 Sentyabr , 2019 13:46
Şotlandiyada yenə müstəqillik referendumu keçirilə bilər
The Courier

Şotlandiyanın birinci naziri, Skoçia Milli Partiyasının lideri Nikola Störcen gələn il bu muxtar bölgənin Birləşmiş Krallıqdan çıxmasına dair daha bir referendum keçirməyə nail olmaq niyyətindədir.

“Report” “DW”yə istinadən xəbər verir ki, aparılan sorğulardan əhalinin müstəqillik tərəfdarı olduğunun göründüyünü deyən birinci nazir indidən bu məsələdə Avropa İttifaqından (Aİ) dəstək almağı umur.

“Birincisi, niyə müstəqillik istədiyimizi başa düşməyə “Brexit” kömək etdi. İkincisi, Aİ-nin Şotlandiya kimi ölkəni üzvlüyə bəh-bəhlə qəbul etsə, heç kim təəccüblənməz. Şotlandiyanın suverenliyinə dair Aİ-nin mövqeyinin xeyli dəyişdiyi əvvəl və indi apardığım bütün danışıqlarda özünü büruzə verir”, – Şotlandiyanın rəhbəri bildirib.

Ötən ay açıqlanan rəy sorğuların nəticələrinə görə, Şotlandiyada müstəqillik tərəfdarları son iki ildə ilk dəfə əleyhdarlarını sayca üstələyib.

Şotlandiyanın müstəqilliyiniə dair 2014-cü ildə keçirilən ilk referendum zamanı işrirakçıların 55 faizi Birləşmiş Krallıqda qalmağın lehinə səs vermişdi.

Son xəbərlər

Orphus sistemi