Sorğu: Donald Tramp siyasi rəqibi Hillari Klintonu 2% qabaqlayır

Sorğu: Donald Tramp siyasi rəqibi Hillari Klintonu 2% qabaqlayır Donald Trampın lehinə respondentlərin 45%, Bill Klintona isə 43% səs verməyə hazırdır
Digər ölkələr
6 Sentyabr , 2016 16:33
Sorğu: Donald Tramp siyasi rəqibi Hillari Klintonu 2% qabaqlayır

Bakı. 6 sentyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Demokrat Partiyasından olan siyasi rəqibi Hillari Klintonu 2% qabaqlayır. 

"Report" xəbər verir ki, bunu CNN və ORC International sorğusu göstərir. 

D.Trampın lehinə respondentlərin 45 faizi, B.Klintona isə 43 faizi səs verməyə hazırdır.

Namizəd Qeri Consona sorğuda iştirak edən şəxslər 7%, Jill Steynə isə 2% səs verib. 

Qeyd olunur ki, bir ay əvvəl H.Klinton 8% irəlidə idi, lakin bu zaman ərzində D.Tramp aradakı fərqi azaldıb və hətta önə keçib.

Son xəbərlər

Orphus sistemi