Sorğu: İkinci referendum keçirilsə britaniyalıların əksəriyyəti Aİ-dən çıxmağın əleyhinə səs verəcək

Sorğu: İkinci referendum keçirilsə britaniyalıların əksəriyyəti Aİ-dən çıxmağın əleyhinə səs verəcək Bakı. 5 sentyabr. REPORT.AZ/ Böyük Britaniyada Brexit ideyasına münasibət ən mənfi həddə çatıb və hökumət ikinci referendum keçirməyi qərara alsa, çox güman, əhalinin əksəriyyəti Avropa İttifaqından (Aİ) çıxmaq fikrini dəstəkləməyəcək.
Digər ölkələr
5 Sentyabr , 2018 14:59
Sorğu: İkinci referendum keçirilsə britaniyalıların əksəriyyəti Aİ-dən çıxmağın əleyhinə səs verəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Böyük Britaniyada "Brexit" ideyasına münasibət ən mənfi həddə çatıb və hökumət ikinci referendum keçirməyi qərara alsa, çox güman, əhalinin əksəriyyəti Avropa İttifaqından (Aİ) çıxmaq fikrini dəstəkləməyəcək".

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu "NatGen" Sosial Tətqiqatlar İnstitutnun keçirdiyi rəy sorğusunun nəticəsi təsdiqləyir.

Keçirilən araşdırmaya görə, britaniyalıların "Brexit" fikrinə münasibətinin dəyişməsi əsasən Aİ-dən çıxmağın Böyük Britaniyanın iqtisadiyyatına zərər vuracağı barədə şübhələrlə bağlıdır. Belə ki, hazırda Aİ üzvlüyünə ictimai dəstək ən yüksək həddədir. Sorğu iştirakçılarının 59 faizi təkrar referendum keçirildiyi təqdirdə bunun lehinə səs vermək niyyətindədir. Aİ üzvlüyündən çıxmaq fikrini isə respondentlərin 41 faizi qəti olaraq dəstəkləyir.

Qeyd olunur ki, Baş nazir Tereza Mey ikinci referendumun keçirilməsinə qarşı çıxır. Ana müxalifət olan Leyboristlər Partiyası isə Aİ ilə danışıqların başa çatmasından sonra ikinci ümummilli səsvermə keçirmək məsələsini açıq saxlayır.

Böyük Britaniyanın Aİ-dən çıxması 2019-cu il martın 29-na nəzərdə tutlub.

Son xəbərlər

Orphus sistemi