Son həftə ərzində dünyada 4,4 milyondan çox insan koronavirusa yoluxub

Son həftə ərzində dünyada 4,4 milyondan çox insan koronavirusa yoluxub Ötən həftə ərzində dünyada 4,4 milyondan çox insan COVID-19 virusuna yoluxub, 66 min nəfərdən çox insan dünyasını dəyişib.
Digər ölkələr
18 Avqust , 2021 12:30
Son həftə ərzində dünyada 4,4 milyondan çox insan koronavirusa yoluxub

Ötən həftə ərzində dünyada 4,4 milyondan çox insan COVID-19 virusuna yoluxub, 66 min nəfərdən çox insan dünyasını dəyişib.

Report TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat açıqlayıb.

Son 7 gün ərzində qeydə alınmış yoluxma səviyyəsi əvvəlki həftə ilə müqayisədə 2 % çoxdur, ölüm səviyyəsi isə demək olar ki, eyni səviyyədə qalıb.

Pandemiya baş qaldırandan indiyədək 206 714 291 nəfər koronavirusa yoluxub. Onlardan 4 353 434 nəfəri dünyasını dəyişib.

Məlumata görə, son həftə ərzində yoluxma hallarının sayına görə ilk 3-lüyü ABŞ (883 996), İran (269 975) və Hindistan (258 121) tutur.

Son xəbərlər

Orphus sistemi