Bakı. 6 yanvar. REPORT.AZ/ 2014-cü ilin aprelindən sonunadək Ukraynanın şərqindəki münaqişə nəticəsində 4700-dən çox insan ölüb, 10 mindən çoxu isə yaralanıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu məlumatı BMT "tvitter" səhifəsində yayıb.
"BMT-nin məlumatına əsasən, Ukrayna daxilində 610 mindən çox sakin yaşadığı yeri dəyişib, 594 min nəfər isə qonşu dövlətlərə qaçıb", - xəbərdə qeyd olunub.
Təşkilat vurğulayıb ki, yanvarda BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı toplantı keçirə bilər.