Son 20 ildə dünyada qadın deputatların sayı 2 dəfə artıb

Son 20 ildə dünyada qadın deputatların sayı 2 dəfə artıb Deputat qadınların sayı 30% təşkil edən ölkələrin sayı son 20 ildə 5-dən 42-yə qədər artıb
Digər ölkələr
6 Mart , 2015 10:37
Son 20 ildə dünyada qadın deputatların sayı 2 dəfə artıb

Bakı. 6 mart. REPORT.AZ/ Son 20 ildə qadın deputatların sayı dünyada 2 dəfə artıb. "Report" xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın hesabatında deyilir. 

Qanunvericilik orqanlarında calışan qadınların sayı  30% təşkil edən ölkələrin sayı 5-dən 42-yə qədər artıb. Qadınların 40% təşkil etdiyi parlamentlərin sayı isə 1-dən 13-ə yüksəlib. Afrika ölkələri qadın deputatların sayına görə Avropa və Amerikaya çatırlar, bəzi hallarda hətta ötüb keçirlər.

Bununla yanaşı, Parlamentlərarası İttifaqın ekspertləri 2014-cü ildə bu prosesin kəskin yavaşlamasını və qadın qanunvericilərin sayının artmamasını narahatlıqla qeyd edirlər. 

Son xəbərlər

Orphus sistemi