Son 18 ildə ilk dəfə Çinin yüksək vəzifəli şəxsi İsrailə səfər edəcək

Son 18 ildə ilk dəfə Çinin yüksək vəzifəli şəxsi İsrailə səfər edəcək Bakı. 8 oktyabr. REPORT.AZ/ Çin Xalq Respublikası sədrinin müavini Van Tsişanın başçılığı ilə dövlət məmurları və iş adamlarından ibarət geniş tərkibdə nümayəndə heyəti okyabrın 22-də İsrailə səfər edəcək.
Digər ölkələr
8 Oktyabr , 2018 13:22
Son 18 ildə ilk dəfə Çinin yüksək vəzifəli şəxsi İsrailə səfər edəcək
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Çin Xalq Respublikası sədrinin müavini Van Tsişanın başçılığı ilə dövlət məmurları və iş adamlarından ibarət geniş tərkibdə nümayəndə heyəti okyabrın 22-də İsrailə səfər edəcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, V.Tsişan son 18 ildə İsrailə səfər edəcək ən yüksək vəzifəli Çin rəsmisidir. Sonuncu dəfə 2000-ci ildə Çin Xalq Respublikasının sədri Tszyan Tszemin İsrildə səfərdə olub.

Çinin nümayəndə heyəti İsrailə 4-cü İsrail-Çin innovasiya konfransı çərçivəsində səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi