Somalinin paytaxtında hoteldə partlayış baş verib

Somalinin paytaxtında hoteldə partlayış baş verib Partlayışdan sonra atışma olub
Digər ölkələr
13 Mart , 2017 12:48
Somalinin paytaxtında hoteldə partlayış baş verib

Bakı. 13 mart. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda partlayış olub.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Yerli KİV partlayışın "Wehliye" hotelinin girişində baş verdiyini bildirib. Partlayış yerində tüstü buludu görünür.

Məlumata görə, partlayışdan sonra atışma olub.

İlkin məlumatlara görə, üç nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi