Somalidə partlayış zamanı iki nazir də daxil olmaqla azı 14 nəfər yaralanıb

Somalidə partlayış zamanı iki nazir də daxil olmaqla azı 14 nəfər yaralanıb Somalinin cənub ştatın Hirşabelle əyalətinin paytaxtı Couxar şəhərində hotelin yaxınlığında güclü partlayış baş verib.
Digər ölkələr
18 İyul , 2022 00:50
Somalidə partlayış zamanı iki nazir də daxil olmaqla azı 14 nəfər yaralanıb

Somalidə törədilən partlayış zamanı iki nazir də daxil olmaqla azı 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Somali Guardian” məlumat yayıb.

Couxar şəhərində prezident kompleksinin yaxınlığındakı “Nur Dob” hotelinin girişində yük maşını partlayıb. Hadisə zamanı binaya, eləcə də yaxınlıqdakı evlərə xeyli ziyan dəyib.

Nəşrin məlumatına görə, partlayışda xəsarət alanlar arasında səhiyyə və qadın məsələləri üzrə nazirlər, həmçinin Hirşabel muxtar vilayəti parlamentinin keçmiş sədr müavini də var.

Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror qruplaşması üzərinə götürüb.

“Sinxua” agentliyi Hirşabel ştatının mətbuat katibinə istinadən partlayış zamanı iki nəfərin ölməsi, 15 insanın yaralanması barədə xəbər yayıb.

17.07.2022. 17:40

Somalinin cənub ştatın Hirşabelle əyalətinin paytaxtı Couxar şəhərində hotelin yaxınlığında güclü partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Somalinin Milli Televiziyası məlumat yayıb.

Məlumata görə, hotelin yaxınlığında minalanmış avtomobil partladılıb, terrorçu ölüb.

"Somali Guardian" xəbər portalının məlumatına görə, ölənlərin sayı bir neçə onlarla ola bilər. "Goobjoog News" portalı mehmanxana binasında olan üç əyalət hökuməti nazirinin yaralandığını bildirib.

Ərazi polis tərəfindən mühasirəyə alınıb.

Ştat hakimiyyəti artıq hücuma görə “Aş-Şabab” qruplaşmasını günahlandırıb.

Son xəbərlər

Orphus sistemi