Somalidə mikroavtobus minaya düşüb, 14 sərnişin ölüb

Somalidə mikroavtobus minaya düşüb, 14 sərnişin ölüb Ölənlərdən 7-si qadındır
Digər ölkələr
6 Aprel , 2017 23:12
Somalidə mikroavtobus minaya düşüb, 14 sərnişin ölüb

Bakı. 6 aprel. REPORT.AZ/ Somalinin Aşağı Şabelle regionunda mikroavtobusun minaya düşməsi nəticəsində azı 14 nəfər ölüb, bir neçə sərnişin yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Frans Press" məlumat yayıb.

"On dörd dinc sakin, o cümlədən yeddi qadın Qolveyn yaşayış məntəqəsi yaxınlığında minanın partlaması nticəsində ölüb. İçərisində 21 nəfərin olduğu mikroavtobus minanın üzərinə çıxıb, insanların əksəriyyəti partlayış nəticəsində ölüb", - deyə polis nümayəndəsi İbrahim İsaq bildirib.

Son xəbərlər

Orphus sistemi