Somalidə avtobus partladılıb, 10 nəfər ölüb - YENİLƏNİB

Somalidə avtobus partladılıb, 10 nəfər ölüb - YENİLƏNİB Bu gün səhər Somali paytaxtı Moqadişo yaxınlığında sərnişin mikroavtobusundakı partladıcı qurğunun işə salınması nəticəsində 10 nəfər ölüb, 12 nəfər də yaralanıb.
Digər ölkələr
31 May , 2020 14:13
Somalidə avtobus partladılıb, 10 nəfər ölüb - YENİLƏNİB

Bu gün səhər Somali paytaxtı Moqadişo yaxınlığında sərnişin mikroavtobusundakı partladıcı qurğunun işə salınması nəticəsində 10 nəfər ölüb, 12 nəfər də yaralanıb.

“Report” AFP-yə istinadən xəbər verir ki, ölkənin İnformasiya Nazirliyinin açıqlamasına görə, hadisə Lafole kəndi yaxınlığında dəfn mərasiminə gedən mikroavtobusda baş verdiyi, nəticədə avtobusun bütövlüklə dağıldığı, ölənlərin meyitlərinin tanınmaz hala düşdüyü bildirilir.

***13:52

Somalidə mikroavtobusun partladılması nəticəsində azı 6 nəfər ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hadisə paytaxt Moqadişodan 19 km aralıda baş verib.

Bildirilir ki, ölənlərin sayı arta bilər.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi