Somalidə “Aş-Şabab”ın terrorçuları zərərsizləşdirilib

Somalidə “Aş-Şabab”ın terrorçuları zərərsizləşdirilib Somalinin mərkəzində “Aş-Şabab” terror təşkilatına qarşı əməliyyatların gedişatında onlarla silahlı məhv edilib.
Digər ölkələr
5 İyul , 2021 06:11
Somalidə “Aş-Şabab”ın terrorçuları zərərsizləşdirilib

Somalinin mərkəzində “Aş-Şabab” terror təşkilatına qarşı əməliyyatların gedişatında onlarla silahlı məhv edilib.

“Report” xəbər verir ki, bu barədə yerli “Shabelle Media Network” portalı bildirib.

Qeyd edilir ki, Qalmuduq ştatında ölkənin təhlükəsizlik qüvvələrinə pusqu quran terrorçulara qarşı əməliyyat həyata keçirilib.

Əməliyyat nəticəsində 19 terrorçu zərərsizləşdirilib. Hökumət qoşunları arasında itkilər olsa da, onların sayı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi