Somalidə Afrika İttifaqının üç sülhməramlısı 39 il azadlıqdan məhrum edilib

Somalidə Afrika İttifaqının üç sülhməramlısı 39 il azadlıqdan məhrum edilib Afrika İttifaqının Somalidəki Missiyasının (AMISOM) üç sülhməramlısının hər biri Şərqi Afrika ölkəsində 7 fermerin qətlinə görə 39 il həbs cəzasına məhkum olunub.
Digər ölkələr
15 Noyabr , 2021 06:54
Somalidə Afrika İttifaqının üç sülhməramlısı 39 il azadlıqdan məhrum edilib

Afrika İttifaqının Somalidəki Missiyasının (AMISOM) üç sülhməramlısının hər biri Şərqi Afrika ölkəsində 7 fermerin qətlinə görə 39 il həbs cəzasına məhkum olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, məhkumların Uqanda vətəndaşları olduğu bildirilir.

Aşağı Şabelle əyalətində qətl işi üzrə məhkəmə iclasında ölən fermerlərin ailə üzvləri də iştirak edib.

İşə ötən ilin oktyabrından Moqadişu məhkəməsi baxır.

Somalidə son vaxtlar yerli sakinlərlə AMISOM sülhməramlıları arasında gərginlik yaranıb. Ölkə hökuməti noyabrın 4-də Afrika İttifaqı Komissiyasının xüsusi nümayəndəsinin müavini Saymon Mulonqonu “persona non-qrata” elan edib.

Somali Xarici İşlər Nazirliyi Mulonqonun AMISOM-un mandatı və Somalinin təhlükəsizlik strategiyası ilə bir araya sığmayan fəaliyyətlərlə məşğul olduğunu bildirib.

"Aş-Şəbab" terror təşkilatına qarşı mübarizə aparan AMISOM qüvvələri 2007-ci ildən Somalidə xidmət edir.

Son xəbərlər

Orphus sistemi