Slovakiya parlamentinin rəhbəri prezident seçkilərində qalib gəlib - YENİLƏNİB

Slovakiya parlamentinin rəhbəri prezident seçkilərində qalib gəlib - YENİLƏNİB Slovakiyanın keçmiş xarici işlər naziri, liberal fikirlərə sahib olan İvan Korçok ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlir.
Digər ölkələr
7 Aprel , 2024 13:57
Slovakiya parlamentinin rəhbəri prezident seçkilərində qalib gəlib - YENİLƏNİB

Slovakiya parlamentinin rəhbəri Peter Pelleqrini Slovakiyada keçirilən prezident seçkilərində qalib gəlib.

"Report" xəbər verir ki, bu barədə Seçkilər və Siyasi Partiyaların Maliyyələşdirilməsinə Nəzarət üzrə Dövlət Komissiyasının rəhbəri Eduard Burda bildirib.

Pelleqrini 53,12 faiz səs toplayaraq rəqiblərini üstələyib.

00:37

Slovakiyanın keçmiş xarici işlər naziri, liberal fikirlərə sahib olan İvan Korçok ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlir.

“Report” xəbər verir ki, bu, Slovakiya televiziyasının təqdim etdiyi exit-poll nəticələrində göstərilib.

Ukraynaya hərtərəfli yardımın tərəfdarı olan Korçok seçicilərin 51,1%-nin dəstəyini qazanıb.

Onun rəqibi, Slovakiya Milli Şurasının (Parlament) sədri və “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini 48,9% səs toplayıb.

Son xəbərlər

Orphus sistemi