Slovakiyada koronavirus səbəbilə tətbiq edilən fövqəladə vəziyyət ləğv edilir

Digər ölkələr
  • 21 fevral, 2022
  • 03:16
Slovakiyada koronavirus səbəbilə tətbiq edilən fövqəladə vəziyyət ləğv edilir

Slovakiya hökuməti ötən ilin noyabrın 25-də koronavirusa görə respublikada tətbiq edilmiş fövqəladə vəziyyəti fevralın 22-dən ləğv etməyi planlaşdırır.

“Report” xəbər verir ki, Slovakiyada əksər sosial məhdudiyyətlər fevralın 28-dən ləğv ediləcək. Bu barədə respublikanın baş naziri Eduard Heqer məlumat verib.

Fevralın 28-dən sonra ölkədə yalnız kütləvi tədbirlərdə iştirak edənlərin sayına məhdudiyyətlər və tibbi maska ​​taxmaq öhdəliyi tətbiq ediləcək. Martın sonunda kütləvi tədbirlərdə iştirakçıların sayına qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.

44 filmi