Yuxarı

Slovakiyada helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Helikopter axşam gəzintisi zamanı ayağını əzmiş bir kişinin xəstəxanaya çatdırılması üçün çağırılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/Slovakiyada təcili tibbi yardım helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, hadisə ölkənin dağlıq Bansk-Bistrits şəhəri yaxınlığında baş verib.

İnfromasiyaya əsasən, ölənlərdən ikisi pilot, biri həkim, biri isə xəstədir.

Məlumata görə, helikopter axşam gəzintisi zamanı ayağını əzmiş bir kişinin xəstəxanaya çatdırılması üçün çağırılıb. Xəbərdə bildirilir ki, xəstəni götürüb havaya qalxandan sonra helikopterlə rabitə əlaqəsi kəsilib.

Hadisə yerinə xilasedicilər cəlb olunub, onlar meyitləri, helikopterin isə qalıqlarını aşkarlayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi