Almaniyada Rusiya vətəndaşı iki ukraynalını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir

Almaniyada Rusiya vətəndaşı iki ukraynalını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir Bavariyanın Murnau şəhərində iki ukraynalı bıçaqlanaraq öldürülüb.
Digər ölkələr
28 Aprel , 2024 10:14
Almaniyada Rusiya vətəndaşı iki ukraynalını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir

Bavariyanın Murnau şəhərində iki ukraynalı bıçaqlanaraq öldürülüb.

“Report” “BR24” nəşrinə istinadən xəbər verir ki, onların qətlində 57 yaşlı rusiyalı şübhəli bilinir. O, artıq saxlanılıb.

Bildirilib ki, iki kişi bıçaq yaraları ilə ticarət mərkəzinin qarşısında tapılıb.

Xilasedicilər gələnədək qurbanlardan biri, 36 yaşlı kişi artıq ölmüşdü. Digər 23 yaşlı gənc yerindəcə reanimasiya olunaraq xəstəxanaya çatdırılsa da, orada keçinib. Hər ikisi Ukrayna vətəndaşlarıdır və Bavariyanın kurort şəhəri Qarmiş-Partenkirxendə yaşayırdılar.

Hələlik qətlin səbəbi məlum deyil. Polis araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi