Slovakiyada böyük uşaq qrupunu maşın vurub, 12 yaralı var

Slovakiyada böyük uşaq qrupunu maşın vurub, 12 yaralı var Uşaqlar 5-12 yaşlarındadırlar
Digər ölkələr
22 Fevral , 2018 21:06
Slovakiyada böyük uşaq qrupunu maşın vurub, 12 yaralı var

Bakı. 22 fevral. REPORT.AZ/ Slovakiyanın şimal-şərqində yerləşən Poprad şəhəri yaxınlığında naməlum sürücü minik avtomobili ilə yaşı 5-12 aralığında olan böyük uşaq qrupunu vurub. Nəticədə 12 uşaq yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə polis nümayəndəsi Daniel Cobanik deyib.

"Kejmarok şəhərindən olan sürücü hadisə nəticəsində əməli olaraq heç bir xəsarət almayıb, onun qanında spirt aşkar olunmayıb. Belə görünür ki, onun maşını dönərkən sürüşüb, nəticədə maşın tavanı üstə çevrilib və yaxınlıqdan keçən qaraçı uşaqlarından ibarət böyük bir qrupu vurub", - deyə Cobanik bildirib.

Polisin məlumatına görə, uşaqlardan ikisi ağır yaralanıb, 4-nün xəsarəti orta-ağırdır, qalan 3 nəfərin xəsarəti yüngüldür.

Onun sözlərinə görə, uşaqlara yardım üçün iki vertolyot və bir neçə "təcili yadım" maşını hadisə yerinə cəlb olunub. Bütün xəsarət alanlar Poprad rayon xəstəxanalarına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi