Bu gündən etibarən koronavirusa qarşı peyvənd olunmamış şəxslərin Slokaviya ərazisində 2 həftəlik özüntəcrid məcburiyyəti qüvvəyə minir. Bu məcburiyyət ölkə ərazini tərk etmiş şəxslərin ailə üzvlərinə də şamil ediləcək.
“Report” TASS-yə istinadən xəbər verir ki, bu barədə TAZ telekanalı məlumat verib.
Ev şəraitində özünütəcrid rejimi başladıqdan azı 5 gün sonra koronavirusa qarşı neqativ test cavabı almaqla bu rejimi vaxtından əvvəl dayandırmaq olar.
Yalnız koronavirusa qarşı peyvənd olunmuş şəxslər maneəsiz olaraq Slovakiya ərazisinə daxil ola bilərlər. Ölkənin quru sərhədlərinin nəzarət-buraxılış məntəqələrində peyvənd olunmuş avtomobil sürücüləri üçün xüsusi yol zolaqları yaradılıb ki, bu da onların müvəqqəti bərpa edilmiş gömrük yoxlamalarından tez keçməsinə zəmanət verir.
Slovakiya ərazisinə daxil olmuş şəxslər 8 saat ərzində ölkə ərazisini tərk edəcəkləri təqdirdə onlara qarşı heç bir məhduddiyyət tətbiq olunmur. Bu cür avtonəqliyyat vasitələrinin yalnız yanacaqdoldurma məntəqələrində dayanmasına icazə verilir.
Slovakiya hakimiyyəti digər ölkələrdə verilmiş peyvəndləmə haqqında arayışları qəbul edirlər. Bunun üçün sənədlər ingiliscə tərtib edilməli, həmçinin ya slovak, ya da çex dilinə tərcümə olunmalıdırlar.