Şinzo Abe: "Yaponiya iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsini verəcək"

Şinzo Abe: "Yaponiya iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsini verəcək" G20 sammitinin yekun bəyannaməsi müəyyən çətinlik və fikir ayrılıqlarına baxmayaraq razılaşdırılıb.
Digər ölkələr
29 İyun , 2019 13:52
Şinzo Abe: Yaponiya iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsini verəcək
Sputnik/ Michael Klimentyev

"G20 sammitinin yekun bəyannaməsi müəyyən çətinlik və fikir ayrılıqlarına baxmayaraq razılaşdırılıb".

“Report”un xüsusi müxbiri xəbər verir ki, bunu Osakada keçirilən tədbirin yekun mətbuat konfransında Yaponiyanın baş naziri Şinzo Abe bildirib.

“Ziddiyyətləri böyütmədən ümumi bünövrə tapmağı bacarmaq lazımdır. Belə bir yanaşmanı bir çox ölkələr də qəbul edib”, - deyən hökumət başçısı sammit iştirakçılarının ayrı-seçkiliyə yol vermədən, sərbəst və sağlam ticarətə rəvac verməyin zərurəti, məlumatların sərbəst axınının (free flow data principle) vacibliyi qənaətinə gəldiklərini diqqətə çatdırıb.

Görüşdə Ümumdünya Ticarət Təşkilatında hazırkı vəziyyətin dayanıqsız olduğu üçün yeni qaydaların tətbiqi ilə islahatlar aparılmasının zərurəti irəli sürülüb: “G20 ölkələrinin payına dünya iqtisadiyyatının 70 faizi düşür. Odur ki, üzərimizdə böyük məsuliyyət var”, - deyə o qeyd edib. 

Baş nazir sammitin mühüm nailiyyətləri sırasında iqlim dəyişikliklərinin fəsadlarına, habelə dənizlərə plastik tullantılar atılmasına qarşı birgə mübarizə üçün çərçivələri razılaşdırmağı göstərib: “Biz inkişafda olan ölkələrdə tullantıları idarə etməyi təkmilləşdirməklə bağlı təşəbbüsləri həyata keçirmək niyyətindəyik. Yaponiya da G20 sədri kimi ətraf mühiti qoruyub saxlamağa bundan sonra da töhfəsini verəcək”.

Son xəbərlər

Orphus sistemi