Sinqapurun XİN başçısı Şimali Koreyaya səfər edəcək

Sinqapurun XİN başçısı Şimali Koreyaya səfər edəcək Bakı. 6 iyun. REPORT.AZ/ Sinqapurun xarici işlər və qanunverici məsələlər üzrə naziri Vivian Balakrişnan iyunun 7-8-də Şimali Koreyaya səfər edəcək.
Digər ölkələr
6 İyun , 2018 15:45
Sinqapurun XİN başçısı Şimali Koreyaya səfər edəcək
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Sinqapurun xarici işlər və qanunverici məsələlər üzrə naziri Vivian Balakrişnan iyunun 7-8-də Şimali Koreyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı iyunun 6-da Sinqapurun Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, səfər Şimali Koreyanın xarici işlər naziri Li Yon Xonun dəvəti əsasında gerçəkləşəcək: “Nazir Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvləri və Ali Xalq Toplantısı (parlament- “Report”) Rəyasət Heyətinin sədri Kim Yon Namla görüşəcək”.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreyanın lideri Kim Çen In arasında görüş olacaq. 

Son xəbərlər

Orphus sistemi