Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
Digər ölkələr
- 13 may, 2024
- 15:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sinqapurun Baş naziri Li Hsien Loonq istefa ərizəsini ölkə prezidenti Tharman Şanmuqaratnama təqdim edib.
"Report" xəbər verir ki, Baş nazirin müvafiq məktubu onun ofisinin rəsmi saytında dərc olunub.
Prezidentə ünvanlanan məktubda deyilir: "2024-cü il mayın 15-də baş nazir vəzifəsindən istefa vermək niyyətimi sizə bildirmək üçün yazıram. Hökumətim həmin gün istefa verəcək. Sizə rəsmi olaraq tövsiyə edirəm ki, parlament üzvlərinin əksəriyyətinin etimadını qazanan Lourens Vonu yeni hökuməti formalaşdırmaq üçün çağırasınız".
Daha əvvəl bildirilmişdi ki, Li Hsien Loonq mayın 15-də Sinqapurun baş naziri vəzifəsindən istefa verəcək və bu vəzifəyə maliyyə naziri Lourens Vonun namizədliyini irəli sürəcək.
Son xəbərlər
08:52
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 10 %-dən çox artıb
İKT
08:50
Şimali Koreya İsveçrənin diplomatik nümayəndəliyini bağlayır
Digər ölkələr
08:35
ABŞ Prezidenti Ağ Evə mətbuat katibi təyinatında tələsməməsinin səbəbini açıqlayıb
Digər ölkələr
08:17
Foto
Bakıda doqquz istiqamətdə tıxac yaranıb
İnfrastruktur
08:06
Antarktida sahillərində güclü zəlzələ olub
Digər ölkələr
07:49
Yaponiya məktəbliləri arasında intihar halları artıb
Digər ölkələr
07:17
Braziliya kəşfiyyatı 31 iri cinayətkar təşkilatı aşkarlayıb
Digər ölkələr
06:43
Donald Tramp: ABŞ İranda rejim dəyişikliyinə can atmır
Digər ölkələr
06:08
Tramp: Yanvarın sonunadək İrana qarşı hərbi əməliyyatlar üçün vəsait mövcuddur
Digər ölkələr