Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib

Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib O, II Dünya müharibəsindən sonra Yaponiya tarixində hakimiyyətdə ən uzun müddət qalan baş nazirdir
Digər ölkələr
1 Noyabr , 2017 10:07
Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib
Sputnik/ Michael Klimentyev

Bakı. 1 noyabr. REPORT.AZ/ Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, 2021-ci ilədək hökumətə rəhbərik edəcək. 

S.Abe II Dünya müharibəsindən sonra Yaponiya tarixində hakimiyyətdə ən uzun müddət qalan baş nazirdir. O, bu sahədə rekord vurub.

Qeyd edək ki, S.Abe 1954-cü il sentyabrın 21-də Yaponiyanın Naqato bölgəsində doğulub. O, ölkəsinin 90-cı baş naziri kimi 2006-2007-ci illərdə Yaoniya hökumətinə başçılıq edib. Bir ildən sonra istefa verib. 2012-ci il keçirilən seçkidə S.Abenin başçılıq etdiyi Liberal Demokrat Partiyası qalib gəlib. Həmin il dekabrın 26-da o, yenidən Yaponiyanın baş naziri seçilib. 

Son xəbərlər

Orphus sistemi