Şimon Peres ürəyindən əməliyyat olunacaq

Şimon Peres ürəyindən əməliyyat olunacaq Həkimlər ona ürək ritminin pozulması diaqnozunu qoyub
Digər ölkələr
5 Sentyabr , 2016 10:05
Şimon Peres ürəyindən əməliyyat olunacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün İsrailin keçmiş prezidenti Şimon Peresin ürəyində cərrahiyyə əməliyyatı ediləcək.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda keçmiş dövlət başçısının ofisindən bildirilib.

İnfromasiyaya əsasən, onun ürəyinə kardio-stimmulyator (ürəyin fəaliyyətini tənzimləyən kiçik qurğu) quraşdırılcaq.

Məlumata görə, Şemon Peres sentyabrın 6-da xətəxanadan çıxarılacaq.

Bu il iyulun 29-da keçmiş dövlət başçısı özünü pis hiss edib. Həkim Şemon Peresə ürək ritminin pozulması diaqnozunu qoyub. Həmin vaxt keçmiş prezident xəstəxanaya yerləşdirməyib.

Avqustun 2-də onun 93 yaşı tamam olub.

Son xəbərlər

Orphus sistemi