​Şimali Koreyanın generalı ölkədən qaçıb

​Şimali Koreyanın generalı ölkədən qaçıb Onun sığındığı ölkənin adı açıqlanmayıb
Digər ölkələr
4 İyul , 2015 10:21
​Şimali Koreyanın generalı ölkədən qaçıb

Bakı. 4 iyul. REPORT.AZ/ Şimali Koreyanın generalı Pak Sın Von Rusiyadan keçərək, üçüncü dövlətin ərazisinə qaçıb.

"Report" xəbər verir ki, bu haqda Cənubi Koreyanın "ChannelA" televiziyası məlumat yayıb.

General Moskvada səfərdə olarkən üçüncü dövlətin səfirliyindən siyasi sığınacaq istəyib.

Məlumatda bildirlib ki, Pak Sın Von Şimali Koreyanın Rusiyadakı səfirliyində işləyib, onun qızının isə Moskva universitetlərindən birində təhsil aldığı ehtimal olunur.

Telekanalın qənaətincə, generalın qaçmasına səbəb kimi Şimali Koreyada dağ-xizək bazası tikintisi rəhbərlərindən birinin bu yaxınlarda edam olunması göstərilib. Xəbərə əsasən, həmin obyektin tikintisində Pak Sın Von da iştirak edib.

Generalın sığındığı ölkənin adı açıqlanmayıb. Şimali Koreya rəsmiləri isə Pak Sın Vonun qaçması ilə bağlı açıqlama verməyib. 

İngilis versiyası North Korean general escaped

Son xəbərlər

Orphus sistemi