Şimali Koreyadan Cənubi Koreyaya sığınanların sayı açıqlanıb

Şimali Koreyadan Cənubi Koreyaya sığınanların sayı açıqlanıb Bu, 2015-ci illə müqayisədə 11 faiz çoxdur
Digər ölkələr
5 Yanvar , 2017 10:54
Şimali Koreyadan Cənubi Koreyaya sığınanların sayı açıqlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Ötən bir il ərzində Cənubi Koreyaya 1,4 min şimali koreyalı qaçıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, 2016-cı il ərzində Şimali Koreyadan Cənubi Koreyaya 1414 şimali koreyalı sığınıb: “Bu, 2015-ci illə müqayisədə 11 faiz çoxdur. Ötən ilin sonuna olan məlumata görə, Cənubi Koreyada 30,2 min şimali koreyalı yaşayır”.

Son xəbərlər

Orphus sistemi