KXDR nüvə qüvvələri yaratmaq planlarını açıqlayıb

KXDR nüvə qüvvələri yaratmaq planlarını açıqlayıb KXDR öz nüvə potensialını artırmaq üçün səylərini davam etdirmək niyyətindədir.
Digər ölkələr
19 iyun 2023 00:09
KXDR nüvə qüvvələri yaratmaq planlarını açıqlayıb

KXDR öz nüvə potensialını artırmaq üçün səylərini davam etdirmək, təhdid yaranacağı təqdirdə isə “nüvə silahına nüvə silahı ilə cavab vermək” niyyətindədir.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin (MK) Siyasi Bürosunun təşəbbüsü ilə keçirilən səkkizinci genişləndirilmiş plenar iclasın yekunlarına dair məlumatda deyilir.

Plenar iclas iyunun 16-18-də ölkənin lideri Kim Çen Inın iştirakı ilə keçirilib.

Vurğulanıb ki, dövlətin müdafiə sənayesi Mərkəzi Komitənin nüvə silahlarının inkişaf etdirilməsi və nüvə qüvvələrinin yaradılmasına dair müəyyənləşdirdiyi istiqaməti saxlamalıdır.

Plenumda 2023-cü ilin birinci yarısı üçün bütün sahələrdə, o cümlədən iqtisadi sahədə görülmüş işlərə yekun vurulub. İclas iştirakçıları dəyişmiş beynəlxalq şəraitdə partiya, diplomatiya və müdafiə sahəsində strategiyanın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi