Şimali Koreya daha bir ABŞ vətəndaşını azad edib

Şimali Koreya daha bir ABŞ vətəndaşını azad edib Bakı. 17 noyabr. REPORT.AZ/ Şimali Koreya daha bir Amerika vətəndaşını azad edib.
Digər ölkələr
17 Noyabr , 2018 01:58
Şimali Koreya daha bir ABŞ vətəndaşını azad edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Şimali Koreya daha bir Amerika vətəndaşını azad edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə günü ABŞ-ın dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.

"Birləşmiş Ştatlar Amerika vətəndaşının azad edilməsində göstərdiyi əməkdaşlığa görə KXDR-ə və köməkliyə görə İsveç səfirliyinə minnətdardır", - deyə Pompeonun yazılı bəyanatında qeyd olunub.

İsveç Vaşinqton və Pxenyan arasında diplomatik münasibətlər olmadığı üçün KXDR-də ABŞ-ın maraqlarını təmsil edir.

Bundan əvvəl KXDR 200 Amerika hərbçisinin qalığını ABŞ-a qaytarıb.

Son xəbərlər

Orphus sistemi