KXDR 200 Amerika hərbçisinin qalığını ABŞ-a qaytarıb

KXDR 200 Amerika hərbçisinin qalığını ABŞ-a qaytarıb Onların tanınması prosesi aylar və illərlə vaxt apara bilər
Digər ölkələr
21 İyun , 2018 06:31
KXDR 200 Amerika hərbçisinin qalığını ABŞ-a qaytarıb

Bakı. 21 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, KXDR çərşənbə günü Koreya müharibəsi zamanı həlak olmuş 200 Amerika hərbçisinin qalığını Birləşmiş Ştatlara təhvil verib.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bunu Minnesot ştatının Dulut şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Biz həlak olmuş böyük qəhrəmanlarımızın qalıqlarını geri qaytardıq. Bu gün iki yüz [hərbçinin qalığı] geri qaytarıldı", - deyə prezident qeyd edib.

"Reuters" yazır ki, həlak olanların tanınması prosesi aylar və hətta illərlə vaxt apara bilər.

Təqribən 7,7 min Amerika hərbçisi 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsi dövründən itgin düşmüş hesab edilir. Pentaqonun məlumatına görə, KXDR rəsmiləri bundan əvvəl onlarda 200 Amerika hərbçisinin qalığının olduğunu məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi