​Şimali Koreyanın baş nazirinin birinci müavini edam olunub

​Şimali Koreyanın baş nazirinin birinci müavini edam olunub Onun güllələnməsi ilə bağlı əmri ölkə rəhbəri Kim Çen İn verib
Digər ölkələr
12 Avqust , 2015 16:01
​Şimali Koreyanın baş nazirinin birinci müavini edam olunub

Bakı. 12 avqust. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası baş nazirinin 63 yaşlı birinci müavini Ço Yonq Qon güllələnib.

"Report" xəbər verir ki, bu haqda Cənubi Koreyanın "Renxap" agentliyi məlumat yayıb.

Məlumata görə, o, ölkənin idarə olunması siyasətindən narazılığını bildirdiyinə görə bu ilin mayında edam edilsə də, xəbər bu gün yayılıb. 

Xəbərə əsasən, onun güllələnməsi ilə bağlı əmri ölkə rəhbəri Kim Çen İn verib.

Xatırladaq ki, bir müddət öncə Şimali Koreyanın müdafiə naziri Xen Yen Çxolun da edam edildiyi haqda xəbər yayılmışdı. Bu məlumat yayıldıqdan sonra ölkə televiziyası onu göstərmişdi. Ancaq nazirin güllələnməsi ilə bağlı video internetdə yayılandan sonra Şimali Koreya hakimiyyəti xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə nazirin ölüm xəbərini verib. 

Son xəbərlər

Orphus sistemi