Şimali Kiprdə 7 günlük matəm elan edilib
Digər ölkələr
- 06 fevral, 2023
- 23:10
Şimali Kipr Türk Respublikasında Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı 7 günlük matəm elan edilib.
"Report" xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının lideri Ersin Tatar tviter hesabında paylaşım edib.
“Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”, - Ersin Tatar tviter hesabında yazıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 2 379 nəfər həlak olub, yaralananların sayı isə 14 min 483 nəfərə çatıb. Təbii fəlakət zamanı 6 200-dən çox bina dağılıb.
Son xəbərlər
19:42
Ursula Fon der Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək
Region19:39
Avropa Komissiyasının rəhbəri: Aİ Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir
Xarici siyasət19:36
Foto
Azərbaycan-Çin hərbi təhsil əməkdaşlığı çərçivəsində Çin dili kursunun buraxılışı olub
Hərbi19:34
İlham Əliyev: Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir
Xarici siyasət19:29
İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
Xarici siyasət19:29
Dövlət başçısı: Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır
İnfrastruktur19:27
İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı fəal dialoq qurub
Xarici siyasət19:27
Samuxda yük avtomobili çaya aşıb, ölən var
Hadisə19:27