Yeniyetmələr silahla Trampın əmlakına soxulub

Yeniyetmələr silahla Trampın əmlakına soxulub Onlar Mar-a-Laqonun çəpərlərini aşaraq gizlənməyə çalışıblar
Digər ölkələr
635
6 Avqust , 2020 11:03
Yeniyetmələr silahla Trampın əmlakına soxulub

ABŞ polisi təqibdən qaçmaq istəyərkən ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo bölgəsindəki mülkiyyətinin ərazisinə soxulan silahlı şəxsləri saxlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Palm Biç polisindən verilən məlumata görə, hadisə keçən həftənin sonlarında baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Mar-a-Laqodan üç kilometr aralıda park edilmiş avtomobildə üç 15 yaşlı yeniyetmə olduğunu görüb. Onlar polisin yaxınlaşdığını görən zaman qaçıb gizlənməyə çalışıblar. Təqibə qoşulan ikinci polis maşınına çarpandan sonra yeniyetmələr avtomobildən çıxaraq qaçmağa başlayıb, Mar-a-Laqonun çəpərlərini aşaraq gizlənməyə çalışıb.

“Polis helikopter və xidməti itlərin köməyi ilə qısa zamanda yeniyetmələri tapıb, ancaq onlar AK-47 markalı avtomatı və içərisində 14 ədəd güllə olan darağı kənara atmağa macal tapıblar. Onlar harada olduqlarından xəbərsiz idilər. Yeniyetmələrin bəxti onda gətirib ki, həmin zaman prezident və ya ailəsindən kimsə mülkiyyət ərazisində olmayıb. Yoxsa onlar xüsusi xidmət orqanlarının xəfiyyələri ilə qarşılaşacaqdı”, - Palm Biç polisinin nümayəndəsi Maykl Oqrodnik deyib.

Son xəbərlər

Orphus sistemi