Silahlı münaqişə səbəbindən Liviya neft hasilatını dayandıra bilər

Silahlı münaqişə səbəbindən Liviya neft hasilatını dayandıra bilər Liviyanın Milli Neft Korporasiyası ölkənin Müdafiə Nazirliyini neft yataqlarının mühazəsini təmin etməyə çağırıb
Digər ölkələr
16 Fevral , 2015 13:55
Silahlı münaqişə səbəbindən Liviya neft hasilatını dayandıra bilər

Bakı. 16 fevral. REPORT.AZ/ Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) silahlı münaqişə səbəbindən bütün yataqlarında neft hasilatını dayandıra bilər. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. 

"Yataqlara edilən silahlı hücumların təkrarlanması neft yataqları və neft şirkətlərinin texniki heyətinin miqrasiyasına gətirib çıxara bilər. Biz işçilərin təhlükəsizliyinin təmin olunmasında çətinlik çəkirik. İşçilər üçün lazımi təhlükəsiz şəraitinin olmaması səbəbindən yataqlarda əməliyyatlar çətinləşib və demək olar ki, mümkünsüz olub", - məlumatda deyilir.

Şirkət, həmçinin ölkənin Müdafiə Nazirliyini neft yataqlarını hücumlar və vandalizmdən qorumaq üçün müvafiq tədbirlər görməyə çağırıb.

"Bu insidentlərin davam etdiyi halda Milli Neft korporasiyası neft yataqlarında bütün əməliyyatları dayandıra bilər", - şirkətdən bildirilib. 

OPEK ölkələrinə daxil olan Liviya Afrikada ən böyük karbohidrogen xammalı ehtiyatlarına malikdir. Bu ölkədə münaqişə başlamazdan əvvəl 2011-ci ilin fevral ayında neftin sutkalıq hasilatı 1,6 mln. barelə çatıb. 2014-cü ildə neft hasilatı gündə 430 min barel təşkil edib, 2015-ci ilin yanvar ayında isə neft hasilatı sutkada 350 min barelə qədər azalıb.

Son xəbərlər

Orphus sistemi