Si Cinpin Tayvan məsələsində Çinin güc tətbiq edəcəyini istisna etmir
Digər ölkələr
- 16 oktyabr, 2022
- 04:41
Çin Sədri Si Cinpin ölkə hakimiyyətinin Tayvan probleminin həlli üçün bütün lazımi tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Çin Kommunist Partiyasının 20-ci Qurultayında çıxış edərkən deyib
“Biz səmimiyyətlə və bütün gücümüzlə sülh yolu ilə birləşmə perspektivində israr edirik, lakin güc tətbiqindən imtina etməyə heç vaxt söz verməyəcəyik”, - Si Cinpin vurğulayıb.
O qeyd edib ki, Çinin tədbirləri tayvanlıların əksəriyyətini hədəf almayacaq.
Bundan əlavə, dövlət başçısı çıxışında bildirib ki, Çin Tayvan adasının müstəqilliyinə yönəlmiş xarici qüvvələrin separatçı hərəkətləri və təxribatlarına qarşı müqavimət göstərmək əzmini nümayiş etdirib.
Son xəbərlər
00:55
Tramp Cənubi Koreyanı ABŞ-nin Hörmüz boğazındakı missiyasına qoşulmağa çağırıb
Digər ölkələr00:24
İran BƏƏ-dəki yanğınları "ABŞ avantürasının birbaşa nəticəsi" adlandırıb - YENİLƏNİB
Region00:12
Zelenski mayın 5-dən 6-na keçən gecə atəşkəsin tətbiq edildiyini elan edib
Digər ölkələr00:00
Braziliyada təyyarənin yaşayış binasına düşməsi nəticəsində 2 nəfər ölüb
Digər ölkələr23:47
ABŞ-nin Hörmüz boğazında 6 katerin vurulması barədə bəyanatı İranda təkzib edilib
Region23:45
Meloni: Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik
Xarici siyasət23:32
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi planlaşdırılır
İqtisadiyyat23:28
Meloni: Prezident Əliyevlə İranla bağlı böhran ətrafında fikir mübadiləsi apardıq
Xarici siyasət23:22