Seulda yüzlərlə koreyalı Trampa etiraz etmək üçün küçələrə çıxıb

Seulda yüzlərlə koreyalı Trampa etiraz etmək üçün küçələrə çıxıb Onlar Ağ Ev rəhbərinin gəlişinə etiraz edirlər
Digər ölkələr
4 Noyabr , 2017 23:00
Seulda yüzlərlə koreyalı Trampa etiraz etmək üçün küçələrə çıxıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın yüzlərlə sakini ABŞ prezidenti Donald Trampın bu ölkəyə səfərinə etiraz əlaməti olaraq paytaxt Seulun küçələrinə çıxıb.

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" yazıb.

Bildirilir ki, onlar Ağ Ev rəhbərinin səfərinə etiraz edirlər.

"Mən bura ona görə gəlmişəm ki, müharibədən qorxuram. Əgər müharibə başlasa, hamımız öləcəyik", - deyə Tramp əleyhinə mitinqin iştirakçılarından biri deyib.

Etirazçılardan çoxunun əlindəki plakatlarda "Trampa yox – müharibəyə yox" – şüarları yazılıb.

Lakin qəzet qeyd edib ki, bir neçə kvartalda da digər nümayiş – Trampa dəstək aksiyası keçirilib. Ancaq dəstək aksiyası o qədər də çoxsaylı olmayıb.

Qeyd edək ki, Tramp bir müddət əvvəl Koreya Xalq Demokratik Respublikasını (KXDR) müharibə ilə hədələyib. Trampın noyabrın 6-7-də Cənubi Koreyaya səfər edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi