Yuxarı

​Səudiyyə Ərəbistanında partlayış nəticəsində 4 nəfər ölüb

Hadisə ölkənin şərq vilayətinin mərkəzi əd-Dammamda şəhərində baş verib

Bakı. 29 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanında cümə namazı zamanı məscidin yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Xəbərə görə, hadisə ölkənin şərq vilayətinin mərkəzi əd-Dammamda şəhərində baş verib.

Məlumata əsasən, qadın paltarı geyinən intiharçı özünü məscidin qadınlara aid hissəsində partlatmaq istəyib. Ancaq mühafizəçilər onu saxlayıb. O da özünü məscidin yaxınlığında partladıb. Xəbərdə bildirilib ki, partlayış nəticəsində 4 nəfər, o cümlədən intiharçı da ölüb.

Qeyd edək ki, bu yaxınlarda ölkənin şərqində yerləşən əl-Katıf rayonunun əl-Kodeyh qəsəbəsindəki məsciddə intiharçının özünü partlatması nəticəsində 21 nəfər ölmüş, yüzdən çox insan yaralanmışdı.

Terror hadisəsinin məsuliyyətini İŞİD öz üzərinə götürüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi