Səudiyyə Ərəbistanının kralının sarayına hücum edilib: 3 ölü

Səudiyyə Ərəbistanının kralının sarayına hücum edilib: 3 ölü Hadisə nəticəsində iki mühafizəçi və bir hücum edən öldürülüb
Digər ölkələr
7 Oktyabr , 2017 16:48
Səudiyyə Ərəbistanının kralının sarayına hücum edilib: 3 ölü
РИА Новости / Алексей Никольский

Bakı. 7 oktyabr. REPORT.AZ/ Naməlum şəxslər Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdeləziz əl-Səudun Ciddədəki sarayına hücum edib.

“Report” “Aljazeera”ya istinadən xəbər verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi açıqlama yayıb.

Sarayın mühafizəçiləri hücumu dəf edib.

Məlumata görə, səfirlik ABŞ vətəndaşlarından uğursuz hücuma məruz qalan kral sarayının yerləşdiyi ərazidən kənarda gəzməyi istəyib.

Hadisə nəticəsində iki mühafizəçi və bir hücum edən öldürülüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanlı kralı oktyabrın 5-də Rusiyaya səfər edib. Onun oktyabrın 7-də ölkəsinə dönəcəyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi