Bakı. 21 İyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi ölkə vətəndaşlarından "təkidlə" xahiş edib ki, "WikiLeaks" saytından istifadə etməsinlər.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə əsasən, ötən gün "WikiLeaks" vasitəsi ilə sızdırılan 70 min gizli diplomatik yazışma mətni arasında Səudiyyə Ərəbistanının səfirliklərinin, həmçinin bu ölkənin daxili işlər nazirliyinin və təhlükəsizlik orqanlarının sənədləri də mövcuddur.
Ər-Riyadda hesab edirlər ki, sözü gedən sənədlərin müzakirə predmetinə çevrilməsi Səudiyyə Ərəbistanının milli maqarları ilə ziddiyət təşkil edir.