Səudiyyə Ərəbistanında terrorda şübhəli bilinən 11 nəfər saxlanılıb

Səudiyyə Ərəbistanında terrorda şübhəli bilinən 11 nəfər saxlanılıb Söhbətin hansı terror aktından getdiyi açıqlanmır​
Digər ölkələr
27 Dekabr , 2016 01:03
Səudiyyə Ərəbistanında terrorda şübhəli bilinən 11 nəfər saxlanılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri tərəfindən terrorda şübhəli bilinən 11 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, həbslər son bir neçə gündə Ər-Riyad vilayətində aparılıb. Saxlanılanlar arasında krallığın 5, Pakistanın 3 və Sudanın 2 vətəndaşı var.

Məlumatda hansı terror aktının nəzərdə tutulduğu açıqlanmır.

Son xəbərlər

Orphus sistemi