Səudiyyə Ərəbistanının kralı Salman ben Adbel Əiz əl-Səud və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Bu barədə “Report” Səudiyyə Ərəbistanını
Qeyd edilir ki, tərəflər G20-nin işini müzakirə ediblər.
Məlumata görə, iki lider G20-nin koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizəyə yönəldilmiş iclasları çərçivəsində birgə səyləri müzakirə ediblər.
Agentlik bildirib ki, Angela Merkel danışığın gedişində Səudiyyə Ərəbistanının G20-nin iclaslarına hazırlıq və keçirilməsi üzrə səylərini yüksək qiymətləndirib.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanın kralı Salman ben Adbel Əiz əl-Səud ABŞ prezidenti Donald Trampla telefon söhbətinin gedişatında da G20-nin işini müzakirə ediblər. Telefon danışığı zamanı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi G20-nin bu ilki işi, habelə təşkilatın iclasları zamanı COVID-19 pandemiyasının təsirini azaltmaq məqsədilə həyat və dolanışıqları qorumaq üçün göstərilən səylər müzakirə olunub.