Səudiyyə Ərəbistanın kralı Salman ben Adbel Əiz əl-Səud ABŞ prezidenti Donald Trampla telefon söhbətinin gedişatında Yaxın Şərqdə yaranmış vəziyyəti və G20-nin işini müzakirə ediblər.
Bu barədə “Report” SPA agentliyinə istinadən xəbər verir.
"Telefon danışığı zamanı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi G20-nin bu ilki işi, habelə təşkilatın iclasları zamanı COVID-19 pandemiyasının təsirini azaltmaq məqsədilə həyat və dolanışıqları qorumaq üçün göstərilən səylər müzakirə edilib", - deyə xəbərdə bildirilir.
Səudiyyə Ərəbistanı kralı ölkəsinin G20-yə rəhbərlik etdiyi dövrdə koronavirusun əhaliyə və iqtisadiyyata təsirləri ilə mübarizə səylərini dəstəkləməyə və əlaqələndirməyə davam edəcəyini təsdiqləyib.
Regiondakı mövcud vəziyyətə gəlincə, agentlik qeyd edib ki, Salman ben Adbel Əiz əl-Səud ABŞ-a sülhün yaradılması üzrə səylərinə görə minnətdarlığını ifadə edib.
O, həmçinin rəsmi Ər-Riysadın "Fələstin məsələsinin möhkəm və ədalətli nizama salınması" nailiyyətinə cəhdini təsdiq edib. Səudiyyə Ərəbistanının kralı vurğulayıb ki, bu, ərəb dünyasının sülh təşəbbüsü çərçivəsində səylər üçün əsas başlanğıc nöqtəsidir.